Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 Sentyabr 2021 / 07:38

SALYANDA OĞURLUQ EDƏN SAXLANILDI

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabr ayının 23-də rayonun Arbatan kəndi ərazisində yerləşən mağazaların birindən müxtəlif növ elektrik avadanlıqları oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Natiq Zülfüqarov saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, saxlanılan şəxs dindirilmə zamanı törətdiyi oğurluq hadisəsini etiraf edib.

Faktla bağlı Salyan rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!