15 Avqust 2024 / 13:07

SAMUR-ABŞERON KANALINDA BATAN ŞƏXSİN CƏSƏDİ TAPILDI

Avqustun 9-da Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə avtomobilin su kanalına düşməsi nəticəsində batan 1998-ci il təvəllüdlü Əliyev Abusət Fəxrəddin oğlunun meyiti tapılıb.

Bu barədə Tezadlar.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılan meyit aidiyyəti üzrə təhvil verilib.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!