Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 İyul 2026 / 19:26

Saxta mallara qarşı süni intellektdən istifadə edilir

Dövlət Gömrük Komitəsində saxta məhsulların aşkarlanması və əqli mülkiyyət hüquqlarının qorunması məqsədilə süni intellekt əsaslı texnologiyalar və risk analiz sistemlərindən istifadə edilir.

Tezadlar.az xəbər verir ki, bunu DGK-nın idarə rəisi Ələkbər Heydərov “Təhlükəsiz mobilliyə doğru” adlı konfransda bildirib.

Onun sözlərinə görə, risk qiymətləndirməsi zamanı məhsulun mənşə ölkəsi, gömrük dəyəri və digər göstəricilər təhlil olunur. Orijinal məhsulların idxal marşrutları ilə qeyri-orijinal məhsulların gətirildiyi ölkələr arasındakı fərqlər, eləcə də qiymət məlumatları süni intellekt vasitəsilə analiz edilərək mümkün risklər müəyyənləşdirilir.

Ələkbər Heydərov vurğulayıb ki, saxta malların aşkar edilməsində gömrük əməkdaşlarının təcrübəsi də mühüm əhəmiyyət daşıyır. O əlavə edib ki, əmtəə nişanlarının gömrük reyestrində qeydiyyata alınması nəzarətin daha səmərəli həyata keçirilməsinə kömək edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!