Sosial sahə mütəxəssisləri neçə vaxtdır qız uşaqlarının ana bətnində ikən tələf edilməsi ilə bağlı həyəcan təbili çalırdı. Lakin tezadlar.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, bu həyəcanın heç bir faktiki əsası yoxdur. Budur, 2024-cü ilin yanvar-dekabr aylarında Azərbaycan əhalisinin sayı 44 min 119 nəfər və ya 0,4 faiz artaraq 2025-ci il yanvar ayının 1-i vəziyyətinə 10 milyon 224 min 889 nəfərə çatıb. Ən maraqlısı, əhalimizin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri təşkil edir.
Nəhayət, daha bir maraqlı statistika: Azərbaycanda əhalinin 49,8 faizini kişi, 50,2 faizi isə qadındır.
Bu isə o deməkdir ki, əhali sayımızın istehsalçıları stimullaşdırılmalı, uşaq pulunun verilməsi Rusiyadakı kimi hüquqi qüvvəyə minməlidir. Rusiyada 2 uşaq doğulanda ikiotaqlı mənzil və 5 min dollar, 3 uşaq doğulanda isə 3 otaqlı mənzil və 10 min dollar pul verilir… Azərbaycanda isə uşaq doğulanda ev yiyəsi yasa batır: həkimlər elə borca salır ki, heç uşağın gələcəyi barədə düşünməyə hal qalmır.
A.Məmmədli