11 Mart 2026 / 14:57

Şəbnəm Tovuzlunun bəxti gətirdi- NƏ YAXŞI Kİ…

nəhayət, məlum oldu ki, müğənni Şəbnəm Tovuzluya efir qadağası qoyulmayıb. O, qadağalıların siyahısında yoxdur. o, elə buna görə də bu “qara” siyahıda adının yazılmasına münasibət bildirib. Tezadlar.az xatırladır ki, Şəbnəm adının o məlum siyahıya yazılmasının sifarişlə edildiyini deyib. Sitat: “Bu siyahı çıxanda bilirdim ki, mənim adım orada yoxdur. Həm də rəsmi belə bir siyahı yoxdur. Eybi yox, yalan yazanlara heç nə demirəm. əsas kökdə mənim adım qadağalar siyahısında yoxdur. Bilirəm ki, mənim adımı sifarişlə həmin yazıda yazdırıblar. Amma eybi yox, efirə çıxdım və sübut etdim ki, Şəbnəm efirdə qadağada olmayıb”.

Bu da daha bir saxta siyahının tirajlanmasını sonu! Allaha şükür ki, Şəbnəmin adı o siyahıda yoxdur. Axı pərəstişkarları da bilir ki, Şəbnəm səliqəli davranışı və geyimi, səsi ilə digərlərindən fərqlənir.

ELÇİN

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!