8 May 2026 / 18:43

Şəhid polkovnik-leytenantın həyat yoldaşına yeni rütbə

Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyevaya leytenant rütbəsi verilib. 

Tezadlar.az modern.az-a istinadən xəbər verir ki, Vüsalə Əliyeva bu gün gömrük orqanlarında xidmətə yeni qəbul edilən əməkdaşların andiçmə mərasimində iştirak edib.

Qeyd edək ki, A.Əliyev Zəngilanın, Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda vuruşub, Şuşaya girişi təmin edən döyüşlərin rəhbəri olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!