Əsas məzmuna keç

Şəki-Qax yolunda qəza – yaralılar var

əkidə 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Təzadlar”ın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “Wolkswagen” markalı avtomobillərin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan üç nəfərinin xəsarəti yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıblar.

Digər üç nəfər – “Wolkswagen”in sürücü, 75 yaşlı Məmmədəli Mənəfov, “VAZ-2106″nın sürücüsü, 77 yaşlı Ağası Səmədov və sərnişini, 42 yaşlı Nazim Məmmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…