Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, AFFA-nın bu gün İntizam Komitəsinin iclasında “Şəmkir” – “Xankəndi” matçının keçirilməməsiylə bağlı qərar verilib:
“9 mart 2026-cı il tarixində keçirilməli olan II Liqada XVII turun “Şəmkir” – “Xankəndi” qarşılaşmasından əvvəl Şəmkir komandası əsasnamənin tələblərini pozaraq oyuna çıxacağı forma haqqında məlumat vermədiyinə, AFFA nümayəndəsinin, PFL-in tələblərinə məhəl qoymadığına, müxtəlif bəhanələrlə matçın keçirilməsindən imtina etdiyinə və PFL tərəfindən təyin edilmiş, nümayəndə və hakimlər tərəfindən bildirilmiş oyun vaxtında meydançaya çıxmadığına görə, “Şəmkir” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 58.3, 77.1, 88, 94)”.
“Xankəndi” FK turnir cədvəlində 48 xalla liderdir.