Əsas məzmuna keç

“Sən demə, qanımda 5 vitamin yuyulub gedib” – müğənni sirkə içməsindən və başına gələnlərdən danışıb

Sirkə içməsi müğənni Mənzurə Musayevanın  səhhətində problemə yol açıb. 

Tezadlar.az  xəbər verir ki, sənətçi bu haqda “Rəngarəng” proqramında danışıb.

O, arıqlamaq üçün kivi sirkəsi içdiyini və bu səbəbdən halının pisləşdiyini etiraf edib.

“Yemək yemədim. Kivi sirkəsi suya töküb içdim. Gördüm ki, narahatam, başım gicəllənir, pisəm. Həkimlərə getdim, müayinələrdən keçdim. Bütün analizləri verdim. Amma təkcə qan analizi vermək lazım imiş. Birdəfəlik qanı ver, gör, nə var. Sən demə, qanımda 5 vitamin yuyulub gedib. Kivi sirkəsi çox arıqladır, amma problem yaradır”, – deyə müğənni açıqlayıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…