Sənətçi “Bakcell”dən narazılıq etdi: “İcazəsiz paketə qoşur və hər dəfə pul çıxır”

Müğənni Nura Suri “Bakcell” mobil operatorundan narazılıq edərək bildirib ki, icazəsiz paketə qoşaraq avansda olan pulu silirlər.
Tezadlar.az   xəbər verir ki, sənətçi bu barədə sosial media hesabında bildirib.
” Bakcell abunəçilərdən icazəsiz ‘Şans paketinə’ qoşur və hər dəfə 6 manat pul çıxır. Avansda olan pulu silirlər. Sonra da operatora qoşulmaq üçün saatlarla gözləməli olurlar. İnsanların həm pulu, həm də vaxtı boşa gedir. Müştərinin razılığı olmadan xidmətin qoşulması hüquq pozuntusudur –
Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununun 8-ci maddəsinə görə:
İstehlakçı göstərilən xidmət barədə tam, dəqiq və öncədən məlumat almalıdır.
Əgər xidmət icazəsiz aktivləşdirilibsə:  müqavilə şərtlərinin birtərəfli dəyişdirilməsi sayılır, istehlakçıya gizli öhdəlik yükləmək hesab olunur, bu isə qanunla qadağandır.
Operatorun balansdan və ya kredit limitindən vəsait çıxması yalnız: müqavilədə göstərilən halda
və ya müştərinin elektron təsdiqi olduqda mümkündür.
Əks halda, bu həmin vəsaitin əsassız tutulmasıdır.
Bu, Mülki Məcəllənin öhdəliklərlə bağlı müddəalarına ziddir”. – deyə Nura Suri diqqətə çatdırıb.
JASMİN
Xəbəri paylaş