Əsas məzmuna keç

Serbiya Prezidenti Vuçiç istefa verəcəyini elan etdi

Serbiya Prezidenti Aleksandr Vuçiç 27 sentyabrda vəzifəsindən istefa verəcəyini açıqlayıb.

Tezadlar.az xəbər verir ki, Vuçiç bu açıqlamaları Serbiyada televiziya proqramında cari hadisələr və 25 oktyabrda keçiriləcək erkən ümumi seçkilər barədə danışarkən edib.

27 sentyabrda prezidentlik vəzifəsindən istefa verəcəyini bildirən Vuçiç həmin axşam ictimaiyyətə müraciət edəcəyini və onu dəstəkləyənlərə təşəkkür edəcəyini söyləyib.

Çoxpartiyalı sistemə keçiddən bəri Serbiyada ən uzun müddət xidmət edən prezident olduğunu qeyd edən Vuçiç deyib: “Bu ölkənin vətəndaşları olmadan buna nail ola bilməzdim. Deyə biləcəyim tək şey odur ki, Serbiyaya və onun vətəndaşlarına sədaqətlə, zəhmətlə və fədakarlıqla xidmət etmişəm.”

İstefasından sonra Vuçiç 25 oktyabrda keçiriləcək erkən ümumi seçki kampaniyasında adi vətəndaş kimi iştirak edəcəyini bildirib: “Kiçik bir yük maşını aldım, öz maşınım var. Hər yerdə yata bilmədiyim üçün karvan da aldım. Ən ucqar kəndlərə gedəcəyəm və qalsam, gecəyə qədər orada olacağam. Çoxlu kənd var. Hələ getmədiyim minlərlə kənd var. Həmçinin şəhərləri ziyarət etmək istəyirəm.”

Vuçiç Serbiya Tərəqqipərvər Partiyasının (SNS) seçki kampaniyasının bir hissəsi olaraq əsasən paytaxt Belqradda böyük şəhərlərdə mitinqlər keçirəcəyini və SNS-in səslərin 50 faizindən çoxunu almağa layiq olduğuna inandığını bildirib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…