Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

2026-cı ilin ilk 6 ayı ərzində “Azərbaycan Dəmir Yolları”nın (ADY) hərəkətdə olan sərnişin qatarlarına 21 dəfə daş atılması faktı qeydə alınıb.
Tezadlar.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, hadisələr nəticəsində qatarların şüşələrinə və digər hissələrinə ziyan dəyib, sərnişinlərin və qatar heyətinin təhlükəsizliyi ciddi risk altına düşüb.
ADY qeyd edib ki, bu cür qanunsuz hərəkətləri törədən şəxslər hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb olunurlar. Daşatma hallarını azyaşlılar törətdikdə isə onların valideynləri və ya qanuni nümayəndələri qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.
Qurum valideynlərə müraciət edərək uşaqları bu cür təhlükəli hərəkətlərdən çəkindirməyə və onlarla dəmir yolu ətrafında təhlükəsiz davranış qaydaları barədə maarifləndirici söhbətlər aparmağa çağırıb.