Sərt cavab: İran ABŞ-la müharibəyə hazır olduğunu bəyan edib

Oxunma sayı: 94

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai keçirdiyi brifinqdə ABŞ və İsrailin nüvə sazişinin pozulması halında İrana mümkün zərbələr endirilməsi ilə bağlı bəyanatlarını şərh edərək, respublikanın silahlı qüvvələrinin hər hansı təcavüz aktına sərt cavab verməyə hazır olduqları barədə xəbərdarlıq edib.

“Biz istənilən hücuma və ya təcavüzə bütün gücümüzlə cavab verəcəyik”, – TASS Bəqaidən sitat gətirib.

İranlı diplomat onu da vurğulayıb ki, “respublikanın silahlı qüvvələri istənilən təhlükəyə qarşı durmaq qabiliyyətini daim təkmilləşdirir”.

O əlavə edib ki, İranı təhdid edənlər bilməlidirlər ki, onlar dərhal “hərtərəfli cavab” alacaqlar.

Bəqai İranın cavabının “sərt” olacağı qənaətinə gəlib.

ELBAR

Xəbəri paylaş