Əsas məzmuna keç

Səudiyyə Ərəbistanı 3 şəhər üçün “təhlükənin keçdiyini” elan etdi

Səudiyyə Ərəbistanı hakimiyyəti xəbərdarlıqdan bir neçə dəqiqə sonra ölkənin cənub-qərbindəki Əbha, Xamis Müşayt və Cizanda təhlükənin keçdiyini elan edib.

Tezadlar.az xəbər verir ki, Mülki Müdafiə İdarəsi Əbha, Cazan və Xamis Muşaytda “təhlükənin keçdiyini” bildirib, lakin təhlükənin mahiyyəti barədə məlumat verməyib.

İdarə əvvəllər bu üç ərazidə xəbərdarlıq elan etmiş və sakinlərdən təlimatlara əməl etmələrini istəmişdi.

Səudiyyə Ərəbistanı Mülki Müdafiə İdarəsi də günün əvvəlində Ciddə, Yanbu, Taif və Ula əyalətlərində, eləcə də Əbha və Cizan bölgəsində potensial fövqəladə hallar barədə xəbərdarlıqlar vermişdi.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyasının sözçüsü briqada generalı Turki əl-Maliki sosial media hesabında husilərin Səudiyyə Ərəbistanında mülki infrastruktura və mülki əhaliyə hücumlarını davam etdirdiyini bildirib.

Maliki Xamis Muşayt, Əbha və Taif şəhərlərində mülki infrastruktura raket və pilotsuz təyyarə hücumları nəticəsində 13 mülki şəxsin yaralandığını, 7 evin və 2 nəqliyyat vasitəsinin zədələndiyini bildirmişdi.

Husilər Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyasının hərbi əməliyyatlarına cavab olaraq Səudiyyə Ərəbistanının sərhəd bölgələrini və cənub əyalətlərini tez-tez hədəf alırlar.

Bölgədəki hərbi ərazilər və həyati əhəmiyyətli obyektlər vaxtaşırı Yəmən sərhədindən atılan pilotsuz uçuş aparatları (PUA) və ballistik raketlərin hücumlarına məruz qalır.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…