Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

18 yaşına çatmış hər bir fiziki şəxs gömrük sərhədindən keçərkən bu qaydalara əməl etməlidir. Özünüz də gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan ölkəyə nağd şəkildə valyuta gətirə bilərsiniz. Ölkədən isə 10000 (on min) dollar ekvivalentinədək olan xarici valyutanı və 20000 (iyirmi min) manatadək olan valyutanı şifahi formada bəyan etməklə çıxara bilərsiniz. Bununla yanaşı, 20000 manat və ondan yuxarı məbləğdə olan milli valyutanı və nominal məbləğindən asılı olmayaraq milli valyutada ifadə olunmuş yubiley və xatirə pul nişanlarını yazılı formada bəyan etməklə nağd şəkildə çıxara bilərsiniz. 50000 (əlli min) dollar ekvivalentinədək olan xarici valyutanı, onun əvvəllər ölkəyə nağd şəkildə gətirilməsini təsdiq edən gömrük sənədlərini təqdim edərək nağd şəkildə çıxara bilərsiniz. 50000 min dollar ekvivalentindən artıq olan xarici valyutanın çıxarılması yalnız müvəkkil banklar və poçt rabitəsinin milli operatorları vasitəsilə köçürülmə yolu ilə həyata keçirilir və bu halda valyuta gətirilən ölkənin müvafiq bank və bu vəsaitin ona nağd şəkildə verilməsini təsdiq edən arayış təqdim edilməlidir.
Əlavə suallar üçün Dövlət Gömrük Komitəsinin 195 qaynar xəttinə, www.customs.gov.az saytına və Komitənin sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə müraciət edə bilərsiniz.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarının 1 nömrəli əlavəsinin 9-cu hissəsinə əsasən xaricdən gətirilən mobil telefon cihazları mütləq şəkildə gömrük orqanına bəyan edilməlidir.
Bəyannamə yazılı, yaxud elektron köşklər, eləcə də e.customs.gov.az portalı və ya “Smart Customs” mobil tətbiqi vasitəsilə elektron qaydada gömrük orqanına təqdim edilə bilər.
2023-cü ilin fevral ayının 15-dən etibarən mobil telefonların portal.rinn.az saytında qeydiyyata alınması üçün onların Dövlət Gömrük Komitəsinin qeydiyyat sistemində olması vacibdir.
Gömrük sərhədindən keçirilən mobil telefonun bəyan edilməməsi isə öz növbəsində inzibati məsuliyyət yaradır” – DGK-nın məlumatında bildirilir.