Əsas məzmuna keç

SEYMUR MƏRDƏLİYEV UKRAYNAYA SƏFİR TƏYİN EDİLDİ

Prezident İlham Əliyev Seymur Qurban oğlu Mərdəliyevi Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edib.

TEZADLAR.AZ Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə İlham Əliyev Sərəncam imzalayıb. 
Qeyd edək ki, Seymur Qurban oğlu Mərdəliyev bu vəzifəyə təyin olunanadək Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifəsində çalışıb.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…