“Vəziyyətim normaldır. Xəstəxanada müalicə alıram”.
Tezadlar.az xəbər verir ki, bunu açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudov bildirib.
“Yaşla əlaqəli bəzi orqanlarda problem yaranıb. Həm də vaxtında üstünə düşmədim deyə, daha da ağırlaşdı”, – o qeyd edib.
O bildirib ki, sənət cameəsindən tez-tez zəng edib halını soruşurlar:
“Kinematoqrafçılar İttifaqından başqa hər yerdən, hamıdan zəng gəlir”.
Qeyd edək ki, Şeyx Əbdül 1 həftədir xəstəxanada müalicə alır.







