Əsas məzmuna keç

ŞİRVANDA 40 YAŞLI KİŞİ ÜRƏK NAHİYƏSİNDƏN BIÇAQLANDI

Şirvanda bıçaqlanma hadisəsi baş verib.

Hadisə münaqişə zəminində Şirvanın köhnə şəhər massivi adlanan ərazisində qeydə alınıb.

Şirvan sakini, 1981-ci il təvəllüdlü Babayev Fəxi Veys oğlu tanışı tərəfindən ürək nahiyəsindən bıçaqlanıb. Bıçaqlanan şəxs ağır vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb. Həkimlərin səyinə baxmayaraq yaralı əməliyyat stolunda ölüb. Münaqişə zamanı yaralanan şəxsin qardaşı oğlu Murad Babayev də qulağından yüngül bıçaq xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın