Əsas məzmuna keç

Sığorta ilə sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasının say həddi qaldırılıb

“İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilib.

Tezadlar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təqvim ili ərzində icbari tibbi sığorta fondunun vəsaiti hesabına sığorta təminatı verilən sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasının say həddi 20-dən 50-ə qaldırılıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…