Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Paytaxtın müxtəlif ərazilərində yaşayış binalarının girişləri və mənzil qapıları reklam vərəqləri ilə doldurulur.
Tezadlar.az xəbər verir ki, vətəndaşların sözlərinə görə, reklamlar onların razılığı olmadan yapışdırılır və bəzi hallarda qapıların səthində iz buraxır.
Məsələ ilə bağlı şikayətçi Sənan Mirzəyev qeyd edib ki, mənzilinin qapısına yapışdırılan reklam sonradan təmizlənərkən problem yaradıb. Onun sözlərinə görə, qapının materialı səbəbindən yapışqan izi qalıb və bunu aradan qaldırmaq üçün xüsusi təmizləyici vasitə almağa məcbur olub.
Məsələ ilə bağlı adı hallanan şirkət isə iddiaları qəbul etməyib. Şirkət nümayəndələri bildiriblər ki, reklam vərəqləri sadəcə paylanılması üçün hazırlanıb və onların konkret olaraq hansı ünvana yapışdırıldığı barədə məlumatları yoxdur.