Dünya mediası Trampla Zelenskinin dünənki görüşünün nəticəsini müzakirə edir… Tramp qüdrəti ABŞ-ın dünyada söz sahibi olan prezidenti olduğunu sübut etməyə çalışdı, Zelenski isə Ukraynanın qorxaq prezidenti olmadığını… Araşdırmaçı jurnalist Müsəllim Həsənov özünün sosial platformasında ümumiyyətlə, siyasətin nə olduğunu açıb göstərməyə çalışıb. Tezadlar.az təqdim edir: “…D.Trampla V.Zelenski arasında yaranmış qalmaqaldan dərhal sonra respublikaçı senator Lindsi Qrem bəyan edib ki, V.Zelenski Ağ evdə “özünü pis aparıb” və “istefa verməlidir…”?
Lindsi Qrem kimdir?
O, müharibə başlayandan Ukraynanın mövqeyini müdafiə edib, azı bir on dəfə Kiyevdə səfərdə olub. Ukraynaya yardım olunmasını daim dəstəkləyib.
Hətta 2023-cü ildə Zelenski onu Yaroslav Mudrı ordeni ilə təltif edib…
V.Zelenski D.Trampla görüşdən əvvəl Vaşinqtonda məhz L.Qremlə şam yeməyi yeyib.
Ağ evdə məlum qalmaqaldan sonra isə… senator Qrem D.Trampla birlikdə nahar edib.
Və… ardınca mətbuata bəyan edib ki, Zelenski ya istefa verməli, ya da üzr istəməlidir…
Görəsən, siyasət deyilən şey budurmu???”.
Bəli, görünür dünyada siyasət elə budur ki var!
A.Məmmədli