Əsas məzmuna keç

Şkafı yığışdıran qadın təsadüfən 100 min dollarlıq bilet tapdı

ABŞ-ın Virciniya ştatının Riçmond şəhərində yaşayan Alfreda Hokins təsadüfən 100 min dollar qazanıb.

Tezadlar.az xarici mediaya istinadla bildirir ki o, evdə şkafı yığışdırarkən köhnə lotereya biletinə rast gəlib. Hokins biletləri bir-bir yoxlayıb və onlardan biri uğurlu çıxıb.

Sonradan Hokinsi xüsusi mərasimə dəvət ediblər və orada onun adına yazılmış 100 min dollarlıq nəhəng çek təqdim olunub.

Qalib qadın bildirib ki, hələ pulun necə xərclənəcəyinə qərar verməyib. Onun sözlərinə görə, böyük ehtimalla məbləğin bir hissəsi ailə xərclərinə, qalan hissəsi isə istirahətə sərf olunacaq.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…