Əsas məzmuna keç

“SNAYPER HAZIRLIĞI” KURSU KEÇİRİLİB

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda “Snayper hazırlığı” kursu keçirilib.

Müdafiə Nazirliyin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, tədris proqramına uyğun olaraq, hərbi qulluqçulara snayper tüfənglərinin taktiki-texniki xüsusiyyətləri öyrədilib, onların atəş hazırlığı üzrə praktiki vərdişləri təkmilləşdirilib.

Kurs müddətində atəş mövqeyinin seçilməsi, maskalanma, eləcə də müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi üzrə tapşırıqlar snayperlər tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilib.

R.XUDATQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…