Əsas məzmuna keç

SOFİYA LOREN OMBA SINIĞI DİAQNOZU İLƏ XƏSTƏXANAYA YERLƏŞDİRİLİB

İtaliyalı aktrisa Sofiya Loren Cenevrədəki evində yıxılaraq ayağı sınıb.

Bu barədə kino ulduzunun sentyabrın 26-da açacağı Bari şəhərindəki “Sophia Loren” restoranı məlumat yayıb.

89 yaşlı Loren müayinə üçün xəstəxanaya çatdırılıb və bir neçə omba sınığı aşkarlanıb və uğurlu əməliyyat olunub.

İndi onun oğulları Edoardo və Karlo aktrisanın yanındadır. Kino ulduzunu sağalma dövrü gözləyir.

Avqust ayında Rusiyanın xalq artisti Yuri Nazarov da Moskvanın “Polezhaevskaya” metro stansiyasında yıxılaraq xəstəxanaya yerləşdirilib. 86 yaşlı aktyor ayağının sınması şübhəsi ilə xəstəxanaya yerləşdirilsə də, müayinə zamanı həkimlər onun yıxılma nəticəsində omba nahiyəsində əzilmiş xəsarətlər olduğunu müəyyən ediblər.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…