Xəbər verdiyimiz kimi, Bakı şəhər prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasov inzibati həbs edilib. Tezadlar.az xəbər verir ki, Yasamal Rayon Məhkəməsi prokurorluğun müraciəti əsasında belə qərar qəbul edib. Qərara əsasən, M.Abbasova inzibati qaydada 15 sutka həbs verilib. O, internetdə yayılması qadağan edilən məlumatları paylaşmaqda təqsirli bilinib.
Tezadlar.az müəyyən etdi ki, Müşfiq Abbasov “Kola” içkisi ilə bağlı paylaşımının qurbanı olub. Onun fb platformasında paylaşdığı məlum statusunu təqdim edirik:








