Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 May 2026 / 17:05

Söküntü zamanı kiçik sahəli evlərə verilən kompensasiyanın məbləği dəyişə bilər

Sahəsi az olan evlərə verilən kompensasiyalarla bağlı xüsusi yanaşmanın tətbiqi təklif edilir.

Tezadlar.az  xəbər verir ki, bu təkliflə millət vəkili Vüqar Bayramov çıxış edib.

O bildirib ki, mövcud qaydalara əsasən, söküntü zamanı ev sahiblərinə dövlət büdcəsindən kompensasiya ödənilir. Bu kompensasiya məbləği mənzilin və ya evin harada yerləşməsindən asılı olaraq müəyyənləşir – şəhərin mərkəzindəkilərə daha çox kompensasiya ödənilir.

Millət vəkili təklif edib ki, sahəsi kiçik olan mənzillərə xüsusi yanaşma tətbiq edilsin, ayrıca əmsaldan istifadə olunsun. Çünki kiçik sahəli evlərə verilən kompensasiya bir çox hallarda yeni mənzil almaq üçün kifayət etmir.

Vüqar Bayramov bildirib ki, paytaxtda bu il də söküntü işlərinin davam edəcəyi və daha da genişlənəcəyi gözlənilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!