Nəhayət, “Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu oyuna çıxdı. Tezadlar.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə “Liverpul”la qarşılaşdı. Əvvəl xəbər verdiyimiz kimi, görüş saat 00:00-da başladı və “Liverpul”un 6:0 hesablı qələbəsi ilə yekunlaşdı. Və komandamız 10 xalla liqa mərhələsini 22-ci yerdə tamamlayıb və ölkə tarixində ilk dəfə turnirin pley-off mərhələsinə vəsiqə qazanıb.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, VIII tur
00:00. “Liverpul” – “Qarabağ” – 6:0
Qollar: A.Mak Allister, 15, 61, F.Virts, 21, M.Salah, 50, H.Ekitike, 57
Baş hakim: İvan Kurjlyak







