Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus Hökumətlərarası Danışıqlar Orqanının 13-cü sessiyası zamanı bildirib ki, istənilən halda yeni pandemiya baş verəcək.
Qebreyesus bildirib ki, növbəti pandemiyanın ortaya çıxması “nəzəri risk” deyil, “epidemioloji əminlik”dir.
“Bu baş verəcək və hər halda biz hazır olmalıyıq”, – Tezadlar.az TASS-a istinadən onun sözlərindən sitat gətirir.
ÜST rəhbərinin fikrincə, dövlətlərin milli suverenliyinin və beynəlxalq fəaliyyətin gücləndirilməsinə kömək edəcək pandemiya sazişi üzrə konsensusun əldə edilməsinin zəruriliyinə əmindir.
Tedros Adhanom Qebreyesus daha əvvəl dünyanı yeni pandemiyaya hazırlaşmağa çağırmışdı.
ELBAR