Əsas məzmuna keç

“SOSİAL MEDİADA YAYILMIŞ NARAZILIQLARDAN MƏLUMATLIYIQ”

“2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanlarında namizədlərə təqdim olunmuş test tapşırıqları haqqında sosial mediada yayılmış narazılıqlardan məlumatlıyıq”.

Bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində bildirib.

Nazir deyib ki, bunları nəzərə alaraq, ekspert komissiyası tərəfindən test tapşırıqlarının müxtəlif seanslar üzrə müqayisəli elmi-statistik təhlili aparılacaq: “Araşdırmaların nəticəsinə əsasən, növbəti 3 gün ərzində müvafiq qərarlar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq”.

ELBAR

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…