30 May 2023 / 10:27

USQ BİR AY ƏRZİNDƏ 16 MİNDƏN ÇOX HƏRBİ QULLUQÇU VƏ 400-DƏN ÇOX TANK İTİRİB

Ukrayna Silahlı Qüvvələri (USQ) son bir ayda 16 mindən çox hərbçi, 16 təyyarə və 400-dən çox tank və digər zirehli texnikasını itirib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

“Rusiya qoşunlarının qrupları düşmənə effektiv atəş zərbələri endirməkdə davam edir. Təkcə bu ay onun itkiləri 16 mindən çox hərbi qulluqçu, 16 təyyarə, 5 helikopter, 466 pilotsuz uçuş aparatı, 400-dən çox tank və digər zirehli döyüş texnikası olub. 238 səhra artilleriya qurğusu və minaatan”, – o, hərbi kafedrada keçirilən tematik konfransda bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!