Starmer Zelenskini Trampla münasibətləri düzəltməyə çağırıb

Oxunma sayı: 135

Böyük Britaniyanın baş naziri Key Starmer Ağ Evdə baş verən “atışmadan” sonra Vladimir Zelenskiyə ABŞ-a qayıtmaq və Amerika lideri Donald Trampla münasibətləri yaxşılaşdırmaq üçün müraciət edib.

Tezadlar.az xəbər verir ki, bu məlumatı martın 2-də Britaniyanın gündəlik “The Daily Telegraph” qəzeti yazıb.

“…Starmer Oval kabinetdəki mübahisədən sonra Vladimir Zelenskini Ağ Evə qayıtmağa və Donald Trampla münasibətləri yaxşılaşdırmağa çağırıb”, – nəşr qeyd edir.

Daha əvvəl “The Wall Street Journal” yazıb ki, Tramp Ağ Evdə Zelenski ilə görüşdə ABŞ-ın vitse-prezidenti J.D.Vensin işinə heyran olub.

ELBAR

 

Xəbəri paylaş

26 Aprel