Əsas məzmuna keç

STREMOUSOV: USQ XERSON İSTİQAMƏTİNƏ ÇOXLU TANK VƏ ZİREHLİ TEXNİKA TOPLAYIR

Ukraynanın silahlı qüvvələri çoxlu sayda tank və zirehli texnikanı Xerson istiqamətinə çəkir.

Bu barədə Xerson vilayətinin qubernatorunun müavini Kirill Stremousov bildirib.

“Ukrovermachtın əhəmiyyətli qüvvələri Xerson vilayətinin kənarında toplanır. Onlar çox böyük miqdarda texnika toplayır, getdikcə artan zirehli texnika, tankları çəkir”, – o, Telegram kanalında yerləşdirdiyi videoda bildirib.

Stremousov xatırladıb ki, Xersonda sakinlərin sol sahilə və Rusiya Federasiyasının digər bölgələrinə təxliyəsi davam edir. “Şəhər sakinləri hələ də sərbəst şəkildə Xerson vilayətinin sağ sahil hissəsini tərk edə bilərlər”, – o əlavə edib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…