18 May 2026 / 11:44

Su ötürməyən kanalizasiyalarımızın pulu Özbəkistana daşınıb?

Dəfələrlə deyilib, Bakıda tikilən çoxsaylı göydələnlərin kanalizasiya xətti demək olar köhnə xətlər üstündə bərqərar olub. “Azərsu”yun sabiq rəhbəri Qorxmaqz Hüseynov bu MTK-lara icazə verəndə bu günü, yəni “normadan artıq yağıntı”nın törədəcəyi nəticəni bilməli idi… Amma bilmədi. Lakin başqa məsələləri bilib. Məsələn, tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli faktlara istinadla yazır: “…Keçmiş ‘Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynov qaynı Namiq Cəbrayılovun vasitəsilə Özbəkistanda özünə biznes qurub. Qorxmaz Hüseynovun vəzifəsindən uzaqlaşdırılmasından 2 il sonra, yəni 2023-cü il avqustun 3-də Namiq Cəbrayılov Daşkənddə 60 faiz pay hüququ ilə “ROSWELL CAPITAL” Məhdud Məsuliyyətli Cəmiyyəti (“ROSWELL CAPITAL” mas`uliyati cheklangan jamiyati xorijiy korxona) təsis edib. 4 382 307 700,00 özbək somu nizamnamə kapitalı ilə təsis edilən şirkət Daşkənddə bina tikintisi ilə məşğul olub. Həmin ilin oktyabrında Qorxmaz Hüseynovun qaynı Azərbaycanda rəhbəri olduğu “HİDRO İNŞAAT SERVİS” MMC şirkətinin təsisçiliyi ilə Daşkənddə daha bir şirkət təsis edib. 22 190 960 500,00 som nizamnamə kapitalı ilə qeydiyatdan keçmiş URDC xarici şirkət statusu ilə (“URDC” MCHJ xorijiy korxona) yaşayış binalarının tikintisinə başlayıb….”.
Bax belə…
SƏBUHİ
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!