11 Mart 2026 / 20:10

Su təsərrüfatı sahəsində şirkətin ləğvi elan edildi

Ləğv olunmuş Azərsu ASC-nin tabeliyindəki Birləşmiş Sukanal MMC ləğv olunduğunu elan edib.

Tezadlar.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti məlumat yayıb.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, ev 67 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, Prezident İlham Əliyevin 30 mart 2023-cü il tarixli “Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərmanı ilə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. “Azərsu” “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ilə birlikdə Agentliyin tabeliyinə verilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!