Əsas məzmuna keç

“Suaz”ın su aparatlarından pul oğurlanıb

“Suaz” MMC-yə məxsus su aparatları bir qrup şəxs tərəfindən sındırılaraq qarət olunub.

Tezadlar.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya şirkətdən məlumat verilib.

Bildirilib ki, müxtəlif tarixlərdə və ünvanlarda su aparatlarına zərər vurulub, daxilindəki nəğd vəsaitlər oğurlanıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, paytaxtın Nəsimi, Nərimanov, Yasamal və Binəqədi rayonlarında şirkətlərdən birinə məxsus, müxtəlif ünvanlarda quraşdırılmış su satışı aparatlarının sındırılması və içərisindəki pul vəsaitlərinin oğurlanması barədə polisə məlumatlar daxil olub.

“Müraciətlərdə aparatların pul qəbuledici hissələrinin zədələnməsi nəticəsində şirkətə əlavə maddi ziyan vurulduğu da bildirilib.

Nəsimi rayonunda polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində su satışı aparatlarını sındıraraq içərisindəki pul vəsaitlərini oğurlayan Xəyal Sultanzadə, əvvəllər məhkum olunmuş Ümid Tağıyev və Zöhrab Şamilzadə müəyyən edilərək saxlanılıblar.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…