23 Dekabr 2025 / 09:37

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi hakimi Aynur Rzayeva yol qəzasında ölüb və…

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva qəzada ölüb. Tezadlar.az Novxanı-Pirşağı yolunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva ağır xəsarət alıb. Xəstəxanaya yerləşdirilən hakimin həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, onun avtomobilini sürücüsü idarə edib. Dünən saat 19:40 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1 nəfər (kişi) hospitalizasiya olunub. Bu barədə tezadlar.az-ın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzi məlumat verib.

Bildirilib ki, 1967-ci il təvəllüdlü şəxsə (kişi) sol baldır sümüklərinin yerdəyişən sınığı, sirkə kasasının sınığı diaqnozları təyin edilib. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır. “Hadisə nəticəsində 1 nəfərin (qadın) isə xəstəxanayaqədər ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib”.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!