Əsas məzmuna keç

Sumqayıt Tibb Mərkəzində yenidoğulmuşda nadir rast gəlinən patologiya uğurla əməliyyat olunub – FOTO

TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzdə sidik kisəsinin ekstrofiyası və anal atreziya diaqnozları təyin edilən yenidoğulmuş üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub.

Tezadlar.az xəbər verir ki,  bu barədə TƏBİB-in məlumatında deyilir.

Əməliyyat uzman uşaq cərrahı Araz Hüseynov, assistent cərrah Fərid Zeynalov və həkim-anestezioloq-reanimatoloqlar Yelmar Süleymanov və Yeganə Ağayeva tərəfindən uğurla həyata keçirilib. Hazırda körpənin müalicəsi və tibbi müşahidəsi davam etdirilir, vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Qeyd edək ki, sidik kisəsinin ekstrofiyası sidik kisəsinin və qarın ön divarının normal formalaşmaması, anal atreziya isə anal dəliyin olmaması və ya qapalı olması ilə xarakterizə edilən anadangəlmə inkişaf qüsurlarıdır. Bu iki patologiyanın birlikdə rast gəlinməsi təxminən hər 300 min doğuşdan birində müşahidə olunur.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…