Əsas məzmuna keç

SURAXANIDA SAXLANILAN ŞƏXSDƏN 3 KQ NARKOTİK AŞKARLANDI

Narkotik vasitələrin satışının və qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən növbəti əməliyyat həyata keçirilib.

Tezadlar.az xəbər verir ki, tədbirdə əvvəllər dəfələrlə məhkum olunmuş 1990-cı il təvəllüdlü Cəsarət Nadirov saxlanılıb. Həmin şəxsdən 3 kiloqram marixuana aşkarlanıb. C.Nadirov ifadəsində narkotikləri satmaq niyyəti ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 

R.XUDATQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…