…Bir az əvvəl təsadüfən Yeni Suraxanı qəsəbəsində yerləşən 101 saylı tam orta məktəbin qarşısında bir dəstə insanın yıgışdıgını görüb ora yaxınlaşdım… Məktəbin darvazaları baglı olsa da kiçik bir dəstə “hicablı” şagirdlər şüarlar səsləndirirdilər… Uşaqların kənardan valideyinlər və digər insanlar tərəfindən təlimatlandırıldıgı açıq-aydın görsənirdi… Ətrafda olan ” İran təmayüllü ” dindarlar”-lar bu aksiyaya dəstək verirdilər… Ərazidə heç bir polis yox idi. Az keçməmiş Suraxanı r-n İcra Hakimiyyətinin Başçısı Adil Əliyev və digər məsul şəxslər məktəbin qarşısına yığılmış şəxslərlə görüşə gəldilər… A.Əliyev vətəndaşlara -“öyrədilib” təlimatlandırılmış şəxslərə çox gözəl məntiqlə VAHİD MƏKTƏBLİ formasının bütün məktəblərdə NK-n qərarı ilə tətbiq edildiyini, izah edirdi… Lakin yenə öyrədilmiş şəxslər İcra Başçısının sözlərini kəsməyə, onun məntiqli-qanuni izahlarının hamı eşitməsin deyə səs-küy salsalar da, A.Əliyev təmkinlə, qayğı göstərərək onlara qulaq asmaga davam edirdi… “AKSİYA” keçirməyə cəhd edən bu körpə uşaqları isə nə qədər “təlimatlındırsalar da” bu şagirdlərin valideyinləri, bəzi hicab taxan müəllimələr, ətraflarında olan “dindar kəsimlər” tərəfindən öyrədildiyi göz qarşısında idi… Axı bunlar “uşaqdırlar”…
P.S. Hörmətli valideyinlər! Bir tikə “çörək” üçün bu fidan balaları “xarici emissarların” nökərlərinə, din pərdəsi altında fəaliyyət göstərərək Ölkəmizin inkişafını əngəlləmək istəyən “vətən xainlərinə” qurban vermək olarmı…?
P.S.S ” Uşaq özü hicab taxmaq istəyir” -deyə arqument gətirənlər bilirmi ki, hətta məhkəmələrdə 10 yaşınadək olan uşaqların fikirləri ona görə qəbul edilmir ki, onlar azyaşlı oldugu üçün özlərini dərk edə bilmirlər…
Abuzər Cəfərli,
Jurnalist












