Əsas məzmuna keç

Suriya Əsədin həbsinə order verib

Suriya məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həbsinə order verib.

Tezadlar.az xəbər verir ki, bu barədə SANA xəbər agentliyi məlumat yayıb.

“Bəşər Əsədin 2011-ci ildə Dəraa hadisələri ilə bağlı ittihamlarla qiyabi həbsinə order verilib”, – bəyanatda deyilir.

Bundan əvvəl Suriya Xalq Məclisinə (parlament) seçkilərin vaxtı açıqlanıb. Tədbir oktyabrın 5-nə planlaşdırılıb.

Sentyabrda respublikanın keçid prezidenti Əhməd əl-Şaraa 58 ildən sonra ilk dəfə ABŞ-a səfər edib.

2024-cü il dekabrın 8-də silahlı müxalifət qüvvələrinin Dəməşqə daxil olmasından sonra Bəşər Əsəd Suriya prezidenti vəzifəsindən istefa verib və ölkədən qaçıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…