Əsas məzmuna keç

Suriya və İsrail hücumdan sonra görüş keçirdi

İsrailin Suriya hərbi bazasına hücumundan sonra Dəməşq və Təl-Əviv arasında kritik bir görüş baş tutub.

Tezadlar.az xəbər verir ki, Suriyanın xarici işlər naziri Həsən Şeybani və Mossad direktoru Roman Qofman gərginliyin münaqişəyə çevrilməsinin qarşısını almaq üçün görüşüblər.

Suriyanın xarici işlər naziri Həsən Şeybani və Mossad direktoru Roman Qofman görüşdülər. ABŞ-ın vasitəçiliyi ilə keçirilən görüşə İordaniya ev sahibliyi edib. Görüşün məqsədinin İsrailin İdlibdəki Əbu Zuhur hava bazasına hücumundan sonra iki ölkə arasında artan gərginliyi azaltmaq olduğu bildirilir.

İsrail hücumlarının qarşısını almaq üçün bir mexanizmin yaradılması da müzakirə edilib. Tərəflərin danışıqları canlandırmağı və hərtərəfli razılığa gəlməyi hədəflədikləri bildirilib.

Qolan təpələri də gündəmdə olub. Suriya işğal olunmuş Qolanın onun ərazisi olduğunu vurğulayıb. Onlar İsraildən 8 dekabr 2024-cü il tarixindən əvvəl müəyyən etdiyi xətlərə çəkilməsini tələb ediblər. Onlar həmçinin “1974-cü il gərginliyin azaldılması sazişi bərpa olunmalıdır” deyə bildiriblər.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın