Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yenə də sürücü səhlənkarlığı… Bu gün Salyanda baş verən yol qəzasında ölənlər var: onlar Sabirabad rayon sakinləri, 1965-ci il təvəllüdlü Vüqar İmanov və 1994-cü il təvəllüdlü Coşqun Məmmədovdur. Xəsarət alanların Sabirabad rayon sakinləri, 1985-ci il təvəllüdlü Mirzağa Məmmədov, onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Pərvanə Məmmədova, qızları 2011-ci il təvəllüdlü Fatimə Məmmədli və 2011-ci il təvəllüdlü Tərlan İmanov (qəzada ölən Vüqar İmanovun oğlu). Salyan Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, rayonun Noxudlu kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (2 qadın, 2 kişi) 05.01.2026-cı il tarixində saat 17:20 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir, vəziyyətləri ağırdır.
Qeyd edilib ki, hadisə nəticəsində xəsarət alan 1 nəfərin (kişi) isə xəstəxanaya daxil olarkən həyat əlamətləri müşahidə olunmayıb.