Əsas məzmuna keç

ŞUŞAYA İLK OLARAQ BU AİLƏLƏR KÖÇÜRÜLƏCƏK

“Artıq Şuşada yaşayış binasının tikintisinə başlanıb. Prezidentin xüsusi nümayəndəsi bu işlərlə məşğuldur”.

TEZADLAR.AZ xəbər verir ki, bunu Şuşa Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Bayram Səfərov deyib.

O bildirib ki, burada əhali ilə Şuşa Rayon İcra Hakimiyyəti işləyir.

“Yəqin ki, ilk olaraq qəzalı binalarda yaşayan sakinlər Şuşaya köçürüləcək”, – icra başçısı qeyd edib.

O, Şuşa RİH-in binasının Şuşaya nə zaman köçürülməsi məsələsinə də münasibət bildirib. Bayram Səfərov qeyd edib ki, nə zaman göstəriş verilsə, RİH-in binası o zaman Şuşaya köçürüləcək.

APA

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…