Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Rusiyanın hüquq-mühafizə orqanları vəkili fırıldaqçılıqda ittiham edir. Tezadlar.az E1.RU-ya istinadla bildirir ki, Kamensk-Uralskinin Sinarski Rayon Məhkəməsi Azərbaycan əsilli vəkil Mirzağa Əzizovu fırıldaqçılıqda ittiham edən qərar qəbul etsə də, məhkəməyəqədər müddət üçün barəsində hələki həbs qətimkan tədbiri sçilməsi haqqında qərar qəbul etməyib. Bu barədə məhkəmənin mətbuat xidməti E1.RU-ya bildirib. sitat: “O, ev dustaqlığına keçirilib”, – deyə məhkəmə bildirib.
Tezadlar.az qeyd edir ki, vəkil Mirzağa Əzizovun həbsi aprelin ortalarında elan edilib. Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşlarının onu pul verərkən tutduğu bildirilib. İlkin məlumata görə, vəkil müvəkkilinə “məsələni həll etməyə” kömək etməyi planlaşdırırmış. Əvvəlcə hüquq-mühafizə orqanları Kamensk-Uralski vəkilini rüşvətxorluqda və vasitəçilik etməkdə (Rusiya Cinayət Məcəlləsinin 291.1-ci maddəsinin birinci hissəsi) ittiham edib. İttihamlar sonradan dəyişdirilib. Əzizov indi dələduzluqda (Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 3-cü hissəsi) ittiham olunaraq mühakimə olunacaq. Onun müdafiə etdiyi müvəkkili Rafiq Qənbərov vəkili ilə birlikdə mühakimə olunacaq. O isə rüşvətxorluqda ittiham edilir.
QEYD: Mirzağa Əzizov Azərbaycanın Quba rayonunun Rustov kəndində anadan olub. Daha sonra Sverdlovsk vilayətinin Kamensk-Uralski şəhərinə köçüb. Daxili İşlər Nazirliyində xidmət edib. Əzizov Sverdlovsk tikinti şirkətinin “Jilye Kvartalı” (Yaşayış Məhəllələri) rəhbəri Sərraf Məmədovun hüquqlarını müdafiə edib. Məmədov Deqtyarskın keçmiş rəhbəri Vadim Pilnikova rüşvət verib və nəticədə iki il həbs cəzasına məhkum edilib. Pilnikovun özü də həbs cəzası alıb. Mirzağa Əzizov, həmçinin sui-qəsd və qətl təşkil etməkdə ittiham olunan azərbaycanlılardan birinin hüquqlarını təmsil edib. Həmin iş üzrə isə Diasporun keçmiş rəhbəri Şahin Şıxlinski və Səfərov qardaşları da həbs ediliblər.
SƏBUHİ