Ta bu qədər də yox – ABŞ-da Zelenski narkotik aludəçisi ilə müqayisə edildi

Oxunma sayı: 115

Amerikalı jurnalist Candace Ovens Ukrayna prezidenti Vladimir Zelenskini ABŞ-a müraciətlərinə görə X sosial şəbəkəsində narkotik aludəçisi qonşusu ilə müqayisə edib.

“Zəhmət olmasa, qapı-qapı gəzib pay istəmək əvəzinə, bir iş tapa bilərsinizmi? Zelenski sözün əsl mənasında narkotika aludəçisi olan qonşuya çevrildi”, – deyə o yazıb.

Tezadlar.az xatırladır ki, fevralın 28-də Zelenski Trampla görüşmək üçün Vaşinqtona gəlib. Siyasətçilər arasında ünsiyyət gərgin olub. Tramp Zelenskiyə çoxsaylı şikayətlər edib, ABŞ-ın vitse-prezidenti J.D.Vens isə hörmətsizlik və nankorluqdan danışıb. Liderlər arasında mübahisədən sonra resurs sazişinin imzalanma mərasimi pozulub və Zelenski Ağ Evi tərk edib.

Tramp həmçinin bildirib ki, Zelenski ABŞ-a hörmətsizlik edib və sülh bağlamağa hazır deyil. O, Zelenski ilə “mənalı” söhbət etdiyini deyib. Tramp qeyd edib ki, o, mübahisə zamanı çox şey öyrənib ki, “bu cür atəş və təzyiq” olmadan başa düşmək mümkün olmayacaqdı.

ELBAR

Xəbəri paylaş

30 Aprel