20 Avqust 2026 / 16:43

Taksidə gediş haqqının bahalaşması sifarişlərin sayına təsir edibmi? – STATİSTİKA TƏƏCCÜBLƏNDİRDİ…

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda taksilərlə 50 milyon 107,1 min nəfər sərnişin daşınıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Məlumatda qeyd edilir ki, taksilərlə sərnişin daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 969,7 min nəfər və ya 6,3% daha çoxdur. 

Xatırladaq ki, ötən ilin eyni dövründə taksilərlə 47 milyon 137,4 min nəfər sərnişin daşınmışdı.

Başqa sözlə, bu il ərzində Azərbaycanda hər gün 236 min 354 nəfər taksidən istifadə edib. Ötən ilin yanvar-iyun aylarında isə hər gün orta hesabla 222 min 346 nəfər sərnişin taksilərdən istifadə edirdi.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!