“Taliban” hərəkatı bu əfqan təşkilatına Rusiyada qadağanın dayandırılması üçün hüquqi prosedurları mühüm addım hesab edir.
Tezadlar.az xəbər verir ki, bu barədə “Taliban” hökumətinin rəsmi nümayəndəsi Zəbihullah Mücahid TASS-a şərhində bildirib.
“Biz hesab edirik ki, bu sahədə Əfqanıstan və Rusiya arasında münasibətlərin möhkəmləndirilməsinə yönəlmiş bütün hərəkətlər yaxşı addımdır. Bu tədbirlər ölkələr və iki xalq arasında münasibətlərin möhkəmlənməsinə kömək edəcək və çox dəyərli addım hesab olunur”, – o qeyd edib.
ELBAR