Əsas məzmuna keç

TANINMIŞ CƏRRAH FƏRMAN CEYRANOV AZADLIĞA ÇIXDI

Gürcüstanda həbsdə olan “Lanset” klinikasının həmtəsisçisi, cərrah Fərman Ceyranlı azadlığa buraxılıb.

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki,  bu barədə mediaya onun yaxınları məlumat verib.
Belə ki, Fərman Ceyranlı dünən həbsdən azad edilib.
 1957-ci ildə Gürcüstanda anadan olan Ceyranlı Fərman Cahan oğlu Bakı şəhər sakinidir. 2017-ci ilin mayında dələduzluq ittihamı ilə saxlanılmış Fərman Ceyranlı 2018-ci ildə Tbilisi Şəhər Məhkəməsinin qərarına əsasən 6 il müddətinə azadlıqdan məhrum edilib. O, təsisçisi olduğu Lanset klinikasında qanunsuz ciyər transplantasiyası həyata keçirməkdə və pasientlərdən aldatma yolu ilə külli miqdarda pul əldə etməkdə ittiham olunub.

Onun həbsi qalmaqalla müşaiyət olunmuş, bujun sifarişli olduğu deyilirdi.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…