Əsas məzmuna keç

Tanınmış folklorşünas alim dünyasını dəyişib- FOTO

Bu gün Azərbaycan ozan – aşıq sənətinin inkişafında müstəsna xidmətləri olmuş, AMEA-nın Folklor İnstitutunun aşıq yaradıcılığı şöbəsinin müdürü folklorşünas Elxan Məmmədli uzun sürən xəstəlikdən sonra  haqqın rəhmətinə getmişdir.
 Elxan müəllim köhnə kişilərdən idi. Bilgisində bir dünya xəzinə yatırdı. Təsbehli kişiydi Elxan müəllim. Elxan müəllimin bilgisinin demirik, təkcə təsbehinin hər dənəsinin qiymətini ariflər yaxşı bilirdi…
Millətin kisəsindən getdi.
Başın sağ olsun millətim! Ruhun şad olsun Elxan müəllim…
Elxan Məmmədli “Təzadlar”da mədəniyyətimizlə bağlı daima maraqlı yazıları ilə çıxış edib. Onun tənqidi yazıları daim diqqətlə izlənilib. Allahdan Elxan Məmmədliyə rəhmət diləyirik. Onun yaradıcılığı bir tarixi izdir, yaddaşdır…
A.Məmmədli
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…