Akademik Rəfael Hüseynovun 70 yaşı tamam olur… Tanınmış şərqşünas alim, Professor Aida Qasımova akademik, millət vəkili Rəfael Hüseynovla bağlı olduqca maraqlı status paylaşıb. Tezadlar.az təqdim edir: “…Şərqşünaslıq fakültəsində göz görə-görə ərəbşünaslığın məhv olan vaxtları idi. Kafedranın savadlı kadrları bir küncdə qalmış, savadsızlar “çiçəklənirdi”; doktorantura onların, tam ştat onların, dosentlik onların, plagiat kitabların da toyuq kimi gündə birini “yumurtlayırdılar”. Bacarmırdım. Hələ bir laborant terroru, dedi-qodu, mənəvi təzyiqlər də var idi. O zaman Rafael müəllimə üz tutub vəziyyəti dedim. Rafael müəllim rəhmətlik Vasim Məmmədəliyevin “görmədiyi” talantlı, savadlı gəncləri bir-bir Muzeyə topladı. Natəvanı hətta rayondan gətizdirib işə götürdü, bir çoxlarına iş verdi, dissertantura, doktorantura qapılarını onlara açdı. Şıxəli, Cəmilə, Dilbər, Leyla müdafiə edib elmi dərəcə aldılar. Ən əsası isə kafedramızın namizədlik (fəlsəfə doktoru) dərəcəsi olan müəllimlərini Muzeyin doktoranturasına qəbul etdi: Heybət Heybətov, Könül Eyvazova, Təranə Hüseynbalayeva. Hətta bəzilərinin xahişini Abel müəllimdən edib tam ştata keçmələrinə nail oldu. (Yerdə qalan yarım ştat müəllimləri də Vüqar Qaradağlı ilə yeni rektorumuz Elçin Babayev tam ştata keçirdi.) Rafael müəllimdə vaxtilə rəhmətlik Malik Mahmudovda gördüyüm gözəl bir xüsusiyyət də var. Onun olduğu yerdə qeybətə, dedi-qoduya yer olmayıb, çünki o, əsl Azərbaycan kişisi, əsl alimdir. Fikrini, enerjisini də Azərbaycan elm və mədəniyyətinin inkişafına yönəldib…”.
20 İyul
- 22:17
- 21:19
- 20:09
- 20:06
- 16:32
- 16:23
- 15:36
- 15:19
- 14:58
- 14:23
- 12:25
- 10:51
- 10:09
- 09:55
- 09:28
- 08:56
- 08:32
- 08:16
- 08:09
- 07:57